Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk əsgərinin başına çuval keçirən general öldü

Türk əsgərinin başına çuval keçirən general öldü

Tarix: 10 Oktyabr 2021 15:08

İraq müharibəsinin əsas simalarından olan amerikalı general Raymond Odierno 67 yaşında vəfat edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Odierno xərçəngdən ölüb.

Qeyd edək ki, Odierno 2003-cü ildə İraqdakı türk əsgərlərinin başına çuval keçirtdiyi üçün Türkiyə ictimaiyyətində "çuvalçı general" kimi tanınırdı.

İraqda xidmət etdiyi dövrdə Odiernonun rəhbərlik etdiyi amerikalı hərbçilər evlərin qapılarını qırıb iraqlıları küçələrə sürüyürdü. O, 2003 -cü ildə Əbu Qreyb həbsxanasında 4-cü Piyada Diviziyasına da komandanlıq edib. ABŞ əsgərləri tərəfindən məhbuslara işgəncə verilməsi, təcavüz edilməsi ilə gündəmə gəlmişdi.


Etiketlər:  Türk əsgərinin başına çuval keçirən general öldü


RƏYLƏR