Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2021 14:50
Türkiyəli müğənni və aparıcı Seren Serengilin yeni görünüşü diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi təriflər aldığı makiyajı ilə bağlı sosial şəbəkədə video yayımlayıb. O bildirib ki, makiyajını azərbaycanlı stilist Elnur Həsənov edib.
Seren aparıcısı olduğu "Söylemezsem olmaz" verilişində də makiyajından və Elnurdan danışıb. "İstanbula köçməyin zamanıdır" deyə, Seren bildirib.
Proqramın digər aparıcısı Deniz Akkaya da Serenin görünüşünə təriflər yağdırıb.