Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qardaşını itirən Vüsalədən ürək dağlayan paylaşım - ''ürəyimdə bir ömür köz tutmayacaq yara buraxdın''

Qardaşını itirən Vüsalədən ürək dağlayan paylaşım - ''ürəyimdə bir ömür köz tutmayacaq yara buraxdın''

Tarix: 11 Oktyabr 2021 19:20

"Hər gəlişim bir başqa acılı, nisgilli, şikayətli, niyələrlə dolu... Bu gün 2 aylıq 20 ilə bədəl acımı, can yanğımı, mənə ehtiyacla baxan gözləri, qalx deyən içimdəki gücü toparlayıb hesabat verməyə gəldim görüşünə... 9 il öncə, əlimin içində körpə bir əl həyatım darmadağın məni bağrına basıb sən bacaracaqsan, güclüsən, səni mən tanıyıram, qulağını kar, gözünü kor, dilini lal edəcəksən və arxanda mən varam. Sən bu gündən bacım yox qardaşımsan demişdin".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. İki ay əvvəl dünyasını dəyişən qardaşı Əlihüseyn Əlizadənin fotosunu yayımlayan aparıcı bunlarə əlavə edib:

"Çoxmu yaxşı gəldim tapşırıqlarının öhdəsindən? Bu gün əlimdə körpə əllər, çiynimdə dünya yükü, evimdə yaşı qurumayan gözlər, arxamda qara mərmər, ürəyimdə bir ömür köz tutmayacaq yara buraxdın... Yerini heç kimin gücü, sözü, təsəllisi doldurmur, ay sıramızı pozanım, ay cavan ömrü yarımçıq qalanım, ay həyatdan doymayanım, əhd yerim, and yerim... Yoxluğun həyatımı alt-üst etdi, amma yenə də sənə söz verdiyim kimi, lal, kar, kor həyata davam edəcəyəm, anamıza, balalarımıza, sənin adına, mənə həvalə etdiyin əmanətlərinə, arzularına görə... Yanına gələn günə qədər bu yük mənim həyat borcumdur. Borcumu ödəmək üçün uzun bir yola çıxıram, sınaqlarla dolu, acılardan, zərbələrdən yoğrulub daha güclü, iradəli və iddialı, sənin kimi, sənə yaraşacaq tərzdə.

Allahım səni cənnəti ilə mükafatlandırsın, başımın tacı, etdiyin xeyir əməllər, yaxşılıqlar, dürüstlüyün, mərdliyin, bu dünyada kişi kimi borcunu ödəməyin, Vətən uğrunda can verdiyin, əzab-əziyyətlərin savab əməl dəftərinə yazılsın.

Heç kimə, heç bir açıqlama vermək məcburiyyətim, borcum yoxdur, amma təminatında durmam gərəkən böyük bir ailəm var! Bu çətin sınağımda yanımda olan bütün doğmalarım, dostlarım, əzizlərim, tamaşaçılarım, izləyicilərim, məndən bu açıqlamanı gözləyən dəyərlilərim var olun. Haqqınızı halal edin".

Qeyd edək ki, V.Əlizadə bir müddət əvvəl qardaşı Əlihüseyn Əlizadəni itirib. O, avtomobil qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.


Etiketlər:  Qardaşını itirən Vüsalədən ürək dağlayan paylaşım ürəyimdə ömür köz tutmayacaq yara buraxdın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ