Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngdən əziyyət çəkən Əməkdar artist əməliyyat olunacaq

Xərçəngdən əziyyət çəkən Əməkdar artist əməliyyat olunacaq

Tarix: 12 Oktyabr 2021 11:35

Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunacaq.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor xərçəngdən əziyyət çəkir. Bu haqda aktyor Müşviq Şahverdiyem məlumat verib. O bildirib ki, N.Əsgərov mədəsindən əməliyyat olunacaq.

"Niftulla Əsgərov onkoloji xəstəlikdən əziyyət çəkir. İki gün sonra əməliyyata girəcək" deyə, Müşviq bildirib.

Qeyd edək ki, N.Əsgərov bir müddət əvvəl ürəyindən əməliyyat olunduğunu demişdi. O bildirib ki, ürəyinə stend qoyulub.

Xatırladaq ki, aktyor "Qərib cinlər diyarında", "Bığ əhvalatı", "My name is İntiqam", "Bayram axşamı" kimi filmlərdə rol alıb.


Etiketlər:  Xərçəngdən əziyyət çəkən Əməkdar artist əməliyyat olunacaq


RƏYLƏR