Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2021 09:36
NATO ölkələri mümkün müharibədə Kalininqrad vilayətinə ərzaq tədarükünü kəsə bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" jurnalının şərhçisi Devid Eks öz məqaləsində yazır.
"Eksklav - bu, Rusiyanın NATO sərhədləri daxilindəki bazasıdır. Lakin bu o deməkdir ki, gərginlik baş verən zaman alyans ölkələri yük maşınları, təyyarə və qatarların Kalininqrada hərəkətini bloklaya bilər", - deyə D.Eks bildirir.
Onun sözlərinə görə, Estoniya bu yaxınlarda İsraildən mənzili 320 km-ya çatan gəmi əleyhinə qanadlı "Blue Spear" raketlərini əldə edib:
"Tallin indi Baltik dənizində rus gəmilərinə problem yaratmaq üçün unikal şans əldə edib".