Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dağlıq rayonların məktəblərinə istilik verilməsinə ehtiyac var - VİDEO

Dağlıq rayonların məktəblərinə istilik verilməsinə ehtiyac var - VİDEO

Tarix: 13 Oktyabr 2021 12:50

İstilik sistemləri işə salınmadığından şagirdlər sinif otaqlarında qalın geyimlərdə otururlar.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, söhbət Oğuz rayonunun Filfilli kənd orta məktəbindən gedir.

Valideynlər dağ kəndlərində istilik sistemlərinin okyabrın 15-dən işə salınmasını zəruri hesab edirlər.

Məktəb rəhbərliyi isə istilik sistemində mövsümi yoxlamaların yekunlaşdığını bildirir.

Məktəbin direktoru Eyvaz Verdiyev deyib ki, təhsil müəssisəsinə istiliyin verilməsi üçün 4 saylı ərazi malliyə hesablaşma mərkəzi qərar verməlidir.

Məsələ ilə bağlı 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Araz Babayev qeyd edib ki, mövcud qaydalara əsasən ölkəmizdəki bütün məktəblərdə istilik sistemi noyabrın 15-dən işə salınır. ''Mövcud vəziyyətlə əlaqədar aidiyyəti orqanlara müraciət etmişik. Əgər məsələ müsbət həll olunarsa bir ay əvvəl, yəni oktybarın 15-dən məktəblər istiliklə təchiz edilə bilər'',-deyə Araz Babayev əlavə edib.

''Azəristiliktəchizat'' ASC-dən isə bildirilib ki, bölgələrdə yerləşən 104 məktəb qurumun balansındadır. Həmin təhsil müəssisələrinin istiliklə təchizatı müqavilə əsasında həyata keçirilir.

''Əgər maliyyə təminatı ilə bağlı problem yoxdursa, məktəblərə vaxtından əvvəl istilik verilə bilər'', - deyə qurumdan əlavə edilib.

Təhsil Nazirlindən isə qeyd edilib ki, məktəblərin istilik təchizatı mövcud qaydalarla tənzimlənir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Dağlıq rayonların məktəblərinə istilik verilməsinə ehtiyac VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ