Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baloğlan Əşrəfovun oğlu: “Atamın həyata keçməyən bircə arzusu qaldı” - FOTOlar

Baloğlan Əşrəfovun oğlu: “Atamın həyata keçməyən bircə arzusu qaldı” - FOTOlar

Tarix: 13 Oktyabr 2021 15:15

"Atamın həyata keçməyən bircə arzusu qaldı, layiq olan Xalq artisti adını ala bilmədi".

Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Əməkdar artist, mərhum sənətçi Baloğlan Əşrəfovun oğlu Elşən Əşrəfov deyib. O, atasının yoxluğu ilə hələ də barışmadığını deyib:

"Atasız həyat çox çətindir. Evin böyüyünü itirəndə adam necə olarsa, hələ də o vəziyyətdəyik. Hər dəqiqə onu axtarırıq, yoxluğuna inana bilmirik. Atamın 70 illik yubileyi idi. Hamı ailəliklə yığışıb qəbiristanlığa getdik. Bir də baxdıq, bütün kənd camaatı yanımızdadır. Elə bilirəm ki, atam bu dəqiqə gələcək, ya da zəng edəcək. Elə bir gecə olmazdı ki, mənə zəng etməsin. O öləndən ev telefonuna yaxın getmirəm, istəmirəm telefon zəng çalsın. Övlad üçün valideyn itkisi çox çətindir".

Elşən Əşrəfov deyir ki, Baloğlan Əşrəfovun rəhbərlik etdiyi ansambl yaşayır:

""Şəhriyar" qrupu kimi ansambl fəaliyyət göstərir. Yəqin ki, nə qədər canımız var, bu qrup yaşayacaq. Atamın dostları var, tez-tez zəng edib maraqlanırlar, hal-əhval tuturlar. Yusif Mustafayev tez-tez zəng edir. Qəbrini də ziyarət edənlər var. Atam özü sağlığında zarafat kimi deyirdi ki, onun üçün Fəxri Xiyaban kəndimizin qəbiristanlığıdır. Onun vəsiyyətini yerinə yetirdik, ata-anasının yanında dəfn etdik".


Etiketlər:  Baloğlan Əşrəfovun oğlu Atamın həyata keçməyən bircə arzusu qaldı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ