Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ağacın yarpaqları təbii aspirindir

Bu ağacın yarpaqları təbii aspirindir

Tarix: 13 Oktyabr 2021 22:36

Aspirinin tərkibində olan "salisil" maddəsi ilk dəfə söyüd ağacından alınıb.

İndi də söyüd ağacının yarpaq və budaqları əsasında xərçəng əleyhinə dərman hazırlana bilər. Bu haqda Hollandiya və Böyük Britaniya onkoloqları məlumat verib.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlər söyüd ağacında xərçəng hüceyrələrini məhv edən "miabeasin" adlı maddə aşkar ediblər.

"Xərçəng xəstəliklərinin müalicəsində preparatlara qarşı rezistentlik çox ciddi problemdir. Bizə yeni dərmanlar, yeni müalicə metodları lazımdır. Miabeasin onlardan biri ola bilər", - alimlər qeyd edir.

Mütəxəssislər miabeasini 4-cü mərhələdə olan neyroblastoma hüceyrələrinin üzərində yoxlayıb və yaxşı nəticələr alıblar.

Araşdırmalar davam edir.

Milli.Az


Etiketlər:  Bu ağacın yarpaqları təbii aspirindir


RƏYLƏR