Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 08:10
Polşanın "Legiya" klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı məlumat yayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçunun 3-cü koronavirus testinin nəticəsinin də mənfi çıxdığı xatırladıb.
Millimizin üzvünün tezliklə komanda ilə məşqlərə qoşulacağı və onun Polşa çempionatının növbəti turunda oktyabrın 17-də "Lex"ə qarşı oynaya biləcəyi vurğulanıb.
Qeyd edək ki, Mahir Emrelinin millimizin DÇ-2022-nin Serbiya ilə seçmə mərhələ oyunundan (1:3) əvvəl ilk testi müsbət çıxıb və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxıb. Ancaq sonra onun ikinci testi mənfi çıxıb.