Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Anasının məşuqunu 20 il sonra öldürdü - Dəhşətli qətlin təfərrüatı -

Anasının məşuqunu 20 il sonra öldürdü - Dəhşətli qətlin təfərrüatı -

Tarix: 15 Oktyabr 2021 03:04

İstanbulda 21 yaşlı gənc - Murat Tumuçin törətdiyi qətl qəribəliyi ilə hər kəsi heyrətə salıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Kadıköydə bərbər işləyən 42 yaşlı Kamuran Tün 20 il əvvəl Şırnakda yaşayan zaman Muratın anası ilə eşq yaşayıb. Bu xəbəri qadının əri bildikdə öldürüləcəyindən qorxaraq İstanbula qaçıb. Qadının əri bunu bildikdə qadını boşayır. Oğlan da atası ilə qalır. 21 yaşlı oğlu Murat Tumuçin atası Hacı Tumuçinin Kamuran Tüna görə anasından ayrıldığını öyrənib. Və atası ilə onun axtarışına çıxır. Tünün ünvanını tapmaq üçün plan qururlar.

Facebookda "Züleyxa" təxəllüsü ilə Kamuran Tünlə əlaqə saxlayır. Bir neçə gün əvvəl ata, oğlu və qohumu Kamuran Tün ilə görüşmək üçün İstanbula gəlirlər. Kadıköydəki restoranda görüşür, çıxanda Murat Tumuçin və qohumları Kadıköydə küçənin ortasında bıçaqla Tuna hücum edir və yeddi yerdən onu bıçaqlayaraq öldürür.

Anar Əli
Milli.Az


Etiketlər:  Anasının məşuqunu 20 il sonra öldürdü Dəhşətli qətlin təfərrüatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ