Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2021 13:54
Türkiyə və Şimali Kiprin Aralıq dənizinin şərq hissəsi ilə bağlı mövqeyini görməzdən gəlməklə nəticə əldə etmək olmaz.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.
"Yunanıstan və Cənubi Kipr rəhbərliyi Malta bayraqlı gəmi ilə daxili sularımızda araşdırma aparmağa cəhd göstərir. Bir daha xəbərdarlıq edirik. Aralıq dənizində rotasını itirən cavabını alar. Kimlə əməkdaşlıq edirlərsə etsinlər. Ancaq sığındıqlarına inanaraq Türkiyəyə qarşı səhv addım atmağa çalışmasınlar. Tarixdə olduğu kimi, bu gün də, gələcəkdə də alacaqları cavabı çox yaxşı bilirlər", - F.Oqtay bildirib.