Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2019 04:24
Bakı. Trend:
Amazoniyada 1,8 milyon hektar meşəni məhv edən yanğın beynəlxalq böhrandır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə öz "Twitter" səhifəsində Fransanın prezidenti Emmanuel Makron yazıb.
E.Makron bildirib: "Bizim evimiz yanır. Hərfi mənada. Bizim planetimizin ciyərləri olan və 20 faiz oksigeni təmin edən Amazoniya yanır. Bu, beynəlxalq böhrandır. "G7" iştirakçıları, bu fövqəladə vəziyyəti müzakirə etmək üçün iki gündən sonra görüşəcəyik".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin