Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Professor: Şəxsi gigiyenik qaydalara əməl etmək və peyvənd vurdurmaq koronavirusdan xilas olmaq üçün kifayətdir

Professor: Şəxsi gigiyenik qaydalara əməl etmək və peyvənd vurdurmaq koronavirusdan xilas olmaq üçün kifayətdir

Tarix: 29 Oktyabr 2021 23:26

Son aylar vətəndaşları stresdə saxlayan əsas məsələlərdən biri də yeni növ koronavirus (COVID-19) pandemiyasının nə vaxt bitəcəyidir. Tarixi təhlil və məntiqi elmi yanaşma deyir ki, sivilizasiyalı cəmiyyətlərin formalaşdığı antik dövrdən günümüzə qədər tarixin yaddaşına əbədi həkk olunmuş 60 epidemiya və pandemiya baş verib. Onların yalnız bir neçəsində epidemiya və ya pandemiyanın müddəti 2 il göstərilir. Bu müddətə infeksiyanın başlanma və nisbi lokallaşma vaxtları daxildir. Yəni, 2 il, mütləq yoluxduruculuq və ya letallıq tarixinin davamı müddəti kimi dəyərləndirilmir, çünki bir sıra hallarda infeksiyalar illərlə davam edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Professor bildirib ki, ən ağır virus infeksiyasının aktiv yoluxdurma və pik letallıq (öldürücülük) dövrü 12 aydan, yəni ardıcıl növbələşən dörd fəsildən artıq ola bilməz: "Viral infeksiyaların aktiv yoluxma yolu bronx-ağciyər sistemidir. Bronx-ağciyər sistemi orqanizmdaxili mühiti ətraf aləmlə - təbiətlə əlaqələndirən əsas vasitədir. Bronx-ağciyər sistemi fəsli dəyişiklik və biometeoroloji faktorlara bələdləşmə və uyğunlaşmanın, immun fəallığın qorunması və təminatının əsas tənzim aparatıdır. Ona görə də, orqanizm istənilən bakteriya, göbələk, mikrob və viruslarla uzun müddət simbioz yaşamaya xidmət edən dəyişikliyə səbəb olmalıdır. Orqanizmdə ciddi keyfiyyət dəyişikliyi yalnız payız və yaz fəslində baş verdiyinə görə viral infeksiyaların fəsli artımı da məhz bu dövrlərdə baş verir. Bu, təbii qanunauyğunluqdur".

M.Qəniyev vurğulayıb ki, vətəndaşlar panikaya düşmədən vaksinasiya olunmalı və gigiyenik qaydalara əməl etməlidirlər: "Hazırda praktik olaraq məhdudiyyətlər tamamilə aradan götürülüb. Ona görə də pandemiyadan əvvəlki illərdə olduğu kimi viral infeksiyaların fəsli artımı olmalıdır. Bunu COVID-19-un alovlanması və ya növbəti dalğası kimi başa düşmək olmaz. Belə olan halda, vətəndaşlar peyvəndlərin effektsiz olduğunu hesab edirlər. Əlbəttə ki, bu belə deyil. Bunlar tamamilə yanlış, səhv fikir və heç bir elmi məntiqə istinad etməyən yanaşmadır. COVID-19-la bağlı qorxuya, panikaya ehtiyac yoxdur, həyat öz axarı ilə davam edir. Sadəcə olaraq, cəmiyyətdə psixi stabilliyin təmin olunmasına xüsusilə tibb ictimaiyyəti mənəvi dəstək göstərməlidir. COVID-19 milli faciə deyil. Ondan qurtulmağın yolu çox sadədir. Yalnız şəxsi gigiyenik qaydalara və ünsiyyət formalarına əməl olunması, eyni zamanda, peyvənd vurdurmaq koronavirusdan xilas olmaq üçün kifayətdir".


Etiketlər:  Professor Şəxsi gigiyenik qaydalara əməl etmək peyvənd vurdurmaq koronavirusdan xilas olmaq üçün kifayətdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ