Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Manat ucuzlaşa bilərmi? – MÜMKÜN SSENARİLƏR

Manat ucuzlaşa bilərmi? – MÜMKÜN SSENARİLƏR

Tarix: 30 Oktyabr 2021 05:12

Azərbaycan manatının ucuzlaşması haqqında müəyyən dövrlərdə fikirlər irəli sürülür. Hazırda istər ərzaq məhsullarındakı, istərsə də kommunal xidmətlər sektorunda qazın və işığın bahalaşması ilə əlaqədar valyutanın dəyərsiz olması və manatın yaxın müddətdə dollar qarşısında ucuzlaşacağı ilə bağlı iddialar səsləndirilir. Bəs manat iddia edildiyi kimi ucuzlaşacaqmı? Manatın ucuzlaşıb yaxud bahalaşacağı haqqında müəyyən fikirlər irəli sürməkdən əvvəl onun dəyərinin nədən asılı olmasını araşdırmaq lazımdır. Əlbəttə, hazırda valyutanın dəyəri ölkənin ixrac potensialı və ticarət balansından birbaşa asılıdır.

Bəs Azərbaycanın ixrac potensialı və strukturlaşması, eləcə də ticarət balansında son vəziyyət necədir?

Milli.Az fins.az-a istinadən bildirir ki, Azərbaycanın ixrac strukturunun əsasını neft-qaz sektoru təşkil edir. Hazırda neftə və qaza tələbin artması ölkənin ixrac potensialının artmasına imkan yaradır. Dövlət büdcəsində neft qiymətlərinin 40 dollar ətrafında götürülməsi qiymətlərlə bağlı büdcənin risklərini aşağı salır. Çünki hazırda neft qiymətləri 90 ABŞ dolları ətrafında dəyişir. Azərbaycan qazına tələb isə daim artmaqdadır. Statistikaya nəzər salsaq, İtaliya, Türkiyə, Bolqarıstan və Yunanıstanın Azərbaycandan təbii qaz alışlarının artmasını görə bilərik. Beləliklə, ixrac potensialının neft-qaza tələbin artması ilə yüksək olması və ticarət balansındakı müsbət saldonun artması manatın təhlükə qarşısında olmadığnı deməyə zəmin yaradır.

Bahalaşma nə ilə əlaqədardır? Manat dəyərin itirirmi?

İqtisadi qapanmalardan sonra yumşalmalar və təchizat zəncirinin bərpası müsbət meyillərlə müşahidə edilir. Bu isə iqtisadi aktivliyi artırır və inflyasiyanı yüksəldir. Azərbaycanda bu il üçün inflyasiya proqnozu 4,4% olsa da, hazırkı rəsmi inflyasiya səviyyəsi 5,2% həcmində göstərilir. Lakin müstəqil iqtisadçılar inflyasının daha yüksək olduğu qənaətindədirlər. İnflyasiya artıqca Mərkəzi Bank monetar siyasətə müdaxilə edərək uçot faiz dərəcəsini artırır və valyutanın dayanıqlığı üçün müəyyən ardıcıl adddımlar atır. Qonşu Tükiyə ilə bu müstəvidə Azərbaycanı müqayisə etmək doğru deyil, çünki Türkiyə nümunəsinə baxdıqda lirənin ucuzlaşması dolların və ABŞ iqtisadi aktivliyinin artması ilə deyil, Mərkəzi Bankın faiz siyasətilə əlaqəlidir.Administrativ siyasət və geosiyasi qərarların lirənin məzənnəsinə birbaşa təsiri var.

Manat hansı halda ucuzlaşa bilər? - Arzuolunmaz ssenari

İqtisadi bərpanın sürətlə getməsi ABŞ Mərkəzi Bankının faiz qərarında artıma getməsinə səbəb ola bilər. Doğrudur, bunun birtərəfli olmasının manata təsiri minimumdu, çünki Azərbaycanın ixrac strukturunda potensial yüksək səviyyədədir. Bəs arzuolunmaz hal nədir? İqtisadi bərpa dövründə federal ehtiyat sistemi uçot dərəcəsini artırarsa və neft-qaz qiymətləri 40 ABŞ dollarına, eləcə də daha aşağı səviyyələrə enərsə, o zaman manatın məzənnəsi üçün risklər artacaq. Həmçinin Azərbaycan müəyyən dövrdə (2025-ci i və daha sonrası üçün) ixracın diversifikasiyası üçün qeyri-neft sənayesindəki potensial hədəfə çatarsa, manatın qismən üzən məzənnə formasında üzən məzənnə siyasətinə keçməsinə icazə verə bilər.

Rəqəmlər və proqnozlar Azərbaycan manatı haqqında ən az yaxın 3 ay üçün müsbət mesajlar verir, heç bir ucuzlaşma riski görünmür.

Milli.Az


Etiketlər:  Manat ucuzlaşa bilərmi MÜMKÜN SSENARİLƏR


RƏYLƏR