Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qvardiola daha bir həmyerlisinə elçi düşdü

Qvardiola daha bir həmyerlisinə elçi düşdü

Tarix: 30 Oktyabr 2021 10:40

"Leypsiq"in yarımmüdafiəçisi Dani Olmo ilə maraqlanan klubların sayı gündən-günə artır.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 23 yaşlı futbolçu üçün daha bir təklif alıb.

Bu dəfə "Mançester Siti" İspaniya millisinin üzvünə "elçi düşüb". "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola "Barselona"nın yetirməsi olan Olmonu çox bəyənir və onu sərəncamında görmək niyyətindədir. "Leypsiq" də oyunçusunu mövsümün sonunda satacaq. Ancaq futbolçu özü "Barselona"ya qayıtmaq arzusundadır.

Qeyd edək ki, Dani Olmo cari mövsüm 3 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Etiketlər:  Qvardiola daha həmyerlisinə elçi düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ