Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən məşhur serialı öz kriptovalyutasını buraxır - FOTO

Dünyanın ən məşhur serialı öz kriptovalyutasını buraxır - FOTO

Tarix: 30 Oktyabr 2021 14:34

Koreya istehsalı olan və dünyanın ən məşhur serialı sayılan "Squid game" özünün kriptovalyutasını işə salıb.

Hazırda "Squid" adlanan kriptovalyuta 2,22 dollara başa gəlir, tokenin bazar dəyəri isə 174 milyon dolları ötür.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Squid" tokeni "Squid Game" əsasında eksklüziv oyun sikkəsi kimi buraxılıb.

Noyabr ayında platformada 6 turdan ibarət onlayn müsabiqə (seriyadakı kimi) başlayacaq (Serial böyük pul mükafatı qazanmaq ümidi ilə uşaq oyunlarını oynayan böyüklərin ölümcül turnirindən bəhs edir).

Tokenin satışı oktyabrın 20-də başlayıb.

Bununla belə, "CoinMarketCap" istifadəçilərin bu tokeni məşhur mərkəzləşdirilməmiş "Pancakeswap" birjasında sata bilməyəcəyini deyib. Bunun səbəbi hələ aydın deyil.


Etiketlər:  Dünyanın məşhur serialı kriptovalyutasını buraxır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ