Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dünya əhalisinin 70%-i 2022-ci ilin ortalarına qədər peyvənd olunmalıdır'' - Merkel

''Dünya əhalisinin 70%-i 2022-ci ilin ortalarına qədər peyvənd olunmalıdır'' - Merkel

Tarix: 31 Oktyabr 2021 10:36

İtaliyanın paytaxtı Romada keçirilən sammitdə "Böyük İyirmilik" (G20) ölkələrinin liderləri 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70%-nin koronavirusa qarşı peyvənd olunması təklifini dəstəkləyiblər.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel deyib.

Onun sözlərinə görə, G20-nin hədəfi ilin sonuna qədər dünya əhalisinin 40%-nin, gələn ilin ortasında isə 70%-nin peyvənd edilməsidir.

Merkel əlavə edib ki, Almaniya digər ölkələrə bu il 100 milyon, 2022-ci ildə isə 75 milyon doza vaksin ayıracaq.


Etiketlər:  Dünya əhalisinin 2022 ilin ortalarına qədər peyvənd olunmalıdır Merkel


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ