Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekspertizanın keçirilməsi zamanı vergiödəyicisi olan şəxsin hansı hüquqları var?

Ekspertizanın keçirilməsi zamanı vergiödəyicisi olan şəxsin hansı hüquqları var?

Tarix: 31 Oktyabr 2021 21:56

Vergi Məcəlləsinə əsasən, ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan vergiödəyicisinə bir sıra hüquqlar verilib.

Dövlət Vergi Xidmətindən Sonxeber.net-a bildirilib ki, bu zaman vergiödəyicisi olan şəxs ekspertə etiraz etmək, ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək səlahiyyətlərinə malikdir.

Həmçinin ekspertiza keçirildikdə, vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsilə ekspertiza keçirilməsində iştirak etmək, ekspertin rəyi ilə tanış olmaq da vergiödəyicisinin hüquqlarına daxildir.


Etiketlər:  Ekspertizanın keçirilməsi zamanı vergiödəyicisi olan şəxsin hansı hüquqları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ