Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 14:08
Vahid Milli Hərəkat və onun müttəfiqləri 7 noyabrda Tiflisdə genişmiqyaslı etiraz aksiyası keçirəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri VMHP-nın sədri Nika Meliya hazırda davam edən parlament önündəki aksiyada elan edib.
O deyib ki, buna qədər partiya liderləri regionlara gedəcək və Batumi, Kutaisi də daxil olmaqla, müxtəlif şəhərlərdə aksiyalara qatılacaqlar:
"Biz, sizinlə birgə, geri çəkilməyəcəyik və ölkəni başdan-başa cəbhəyə çevirəcəyik. Bizi olduqca maraqlı, tarixi, ağır və vacib macəra gözləyir, biz əl-ələ getməliyik və dostu da, düşməni də təəccübləndirməliyik"
N.Meliya ötəngünkü seçkilərin total şəkildə saxtalaşdırıldığını da bildirib.
Qeyd edək ki, ötən gün yerli idarəetmə orqanlarına seçkilərin ikinci turu keçirilib. MSK-nın nəticələrinə görə, hakim Gürcü Arzusu 20 şəhər və rayonda keçirilən seçkilərin 19-da (o cümlədən Tiflisdə) qalib gəlib.
***
"Zaman" partiyasının lideri Yelena Xoştariya müxalifətin mitinqinin 7 noyabrda olmayacağını bildirib.
O, "Pirveli" kanalının efirində 7 noyabrın 2007-ci il hadisələri ilə assosiasiya doğurduğu üçün bu tarixdə aksiya keçirməyəcəklərini deyib: "Ola bilsin, 6 və ya 8 noyabr olsun, ancaq 7 noyabrda aksiya keçirilməyəcək".
Y.Xoştariya yaxın müddətdə dəqiq tarixin elan ediləcəyini bildirib.
Qeyd edək ki, 2007-ci il 7 noyabrda o vaxt Saakaşviliyə müxalif olanlar aksiya keçirmişdi. Toqquşmalarda polis də daxil olmaqla, 500-ə qədər insan xəsarət almışdı.