Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada son iyirmi ildə ilk dəfə 500 yen dəyərində sikkə buraxılıb

Yaponiyada son iyirmi ildə ilk dəfə 500 yen dəyərində sikkə buraxılıb

Tarix: 1 Noyabr 2021 18:30

Yaponiya Bankı (Mərkəzi Bankı) 500 yen (4,4 ABŞ dolları) dəyərində sikkələri yeni dizaynda zərb etməyə başlayıb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə bankın saytında məlumat yayılıb.

Sikkənin dizaynı 21 il öncə buraxılmış əvvəlki sikkələrdən fərqlənir. Yeni sikkələr 2 rəngdə və kənarları oymalı şəkildə buraxılıb. Bunun sikkələri saxtalaşdırmadan daha effektiv qoruyacağı bildirilir.

Gələn ilin martında başa çatacaq cari maliyyə ilinin sonunadək 5 milyard yen (43,7 milyon ABŞ dolları) dəyərində, təxminən, 200 milyon ədəd yeni sikkənin zərb ediləcəyi planlaşdırılır. Bununla belə, köhnə sikkələr dövriyyədən çıxarılmayacaq.


Etiketlər:  Yaponiyada iyirmi ildə dəfə dəyərində sikkə buraxılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ