Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Manaf qarğış yağdırdı: ''Allah onun başına mən ağırlıqda daş salsın''

Manaf qarğış yağdırdı: ''Allah onun başına mən ağırlıqda daş salsın''

Tarix: 2 Noyabr 2021 12:45

"Allah onun başına mən ağırlıqda daş salsın. Haqqımda dedikləri özünə qismət olsun".

Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev qaraciyər sirrozundan əziyyət çəkməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Müğənni son 3 ildə bir dəfə Moskvada olduğunu deyib:

"Mən bütün günü toydayam, nə vaxt baxsan da efirlərdəyəm. Özüm də sağlamam, yaxşıyam, əlayam. Xəstə adam toy apara bilməz. 3 ildə mənim yolum bircə dəfə Moskvadan düşüb. O xəstəliklər onu deyənlərin özünə nəsib olsun".

Qeyd edək ki, müğənni Manaf Ağayev qaraciyər sirrozundan əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb. Bu səbəbdən də onun tez-tez Moskvaya gedib, orada müalicə aldığı deyilir.

Milli.Az


Etiketlər:  Manaf qarğış yağdırdı Allah onun başına mən ağırlıqda daş salsın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ