Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətən qəhrəmanlarını unutmur - Şəhid Xətai Həsənov - VİDEO

Vətən qəhrəmanlarını unutmur - Şəhid Xətai Həsənov - VİDEO

Tarix: 2 Noyabr 2021 20:08

Sizə 44 günlük vətən müharibəsində şəhadətə ucalmış daha bir qəhrəmanımız tanıdacağıq. Tovuz rayonun Qovlar şəhər sakini Xətai Həsənov 2-ci Qarabağ döyüşlərində böyük şücaət göstərib. O, ötən il oktyabrın 31-də qəhrəmancasına şəhid olub. Xətai Həsənov ölümündən sonra ''vətən uğrunda'' medalı ilə təltif edilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, torpaqlarımızın işğaldan azad edilməsində onun da payı var. O da canını fəda edərək 44 günlük vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədə pay sahibi oldu. Söhbət Tovuz rayonu, Qovlar şəhər sakini Xətai Həsənovdan gedir.

2001-ci il iyunun 29-da anadan olan Xətai hərbi xidmətdə olarkən 2-ci qarabağ müharibəsi başlayıb. Qəhrəmanımız ilk olaraq Suqovuşan istiqamətindəki döyüşlərə qatılıb.

Xətai Həsənov daha sonra Ağdarə, Cəbrayıl və Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. O, ötən il oktyabrın 31-də Ağdam istiqamətində gedən döyüşlərdə öz komandirini xilas edən zaman qəhramancasına şəhid olub. 

Qəhrəman şəhidimiz  ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.  

Milli.Az


Etiketlər:  Vətən qəhrəmanlarını unutmur Şəhid Xətai Həsənov VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ