Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bir tərbiyəsiz götürüb videomu montaj edib, manyakdır''

''Bir tərbiyəsiz götürüb videomu montaj edib, manyakdır''

Tarix: 3 Noyabr 2021 06:35

"TikToku qəbul etmirəm. Bir tərbiyəsiz götürüb videomu montaj edib. Manyakdır, belələri hər zaman olur. Başqaları da onlardan götürüb paylaşır. İnsanın daxilində əqidə, vicdan olmalıdır. Onların vicdanı yoxdur".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yayılan montaj edilmiş videosu haqda danışarkən deyib. "7 canlı" verilişinə qonaq olan aktrisa ona qarşı "qara piar" edildiyini bildirib:

"Boş insanlar da oturub videoya şərh yazır. Mənim səhifəmdə niyə elə şərh yazan yoxdur? Belələrinə vətən düşməni deyirəm. Sənətkara, Bəxtiyar Vahabzadəyə elə hərəkət edən düşməndir. Sənin nə ixtiyarın var, mənim dediyim şeiri yozasan? Onun səviyyəsində olanlar da ona şərh yazır. Kiməsə cavab vermirəmsə, səviyyəmi endirmək istəmirəm. Bunu belə etməkləri məni ruhlandırır. Bilsəniz nə qədər yazarlar kitab göndərir ki, səsləndirin.

Məleykə sevilir, hara çıxır reytinq toplanır. Belə addım atdılar ki, reytinq qazansınlar. Sizlərlə Allah bilsin, siz bədbəxtsiniz. Hərdən deyirəm ki, nahaq bu səhnəyə gəldim. Mən hamıya yaxşılıq diləyən, sadə insanam. Burada nə işim var".


Etiketlər:  tərbiyəsiz götürüb videomu montaj edib manyakdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ