Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb

Tarix: 23 Avqust 2019 18:12

Bakı. Trend:

Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.

Trend-in məlumatına görə, baş hakim avqustun 28-dən 31-dək UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək. Yunanıstanda təşkil olunacaq qrup oyunlarında “Minerva” (İsveçrə), “Blue Magic” (İrlandiya), “Miercurea Ciuc” (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcək.

Avqustun 28-də keçiriləcək “Minerva” – AEK oyununda birinci hakim olacaq Qafarlı ertəsi gün “Minerva” - “Miercurea Ciuc” matçında üçüncü, AEK – “Blue Magic” duelində ikinci hakim olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb


RƏYLƏR