Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 14:08
Mingəçevir sakini qardaşı arvadı ilə birlikdə atasının evindən oğurluq edib.
DİN-in Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Polis Şöbəsinə noyabrın 1-nə keçən gecə şəhər ərazisindəki mənzillərin birindən 20 min manat pulun oğurlanması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin oğlu R.Rəhimov və digər oğlunun arvadı müəyyən edilərək saxlanılıb.