Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid qohumunun toyuna küsülü olduğu müğənniləri də çağırdı - VİDEO

Şəhid qohumunun toyuna küsülü olduğu müğənniləri də çağırdı - VİDEO

Tarix: 3 Noyabr 2021 20:05

Müğənni Təranə Qumral şəhid qardaşı Firdovsi Məmmədovun qızı Cankaya toy edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Canka Kamran adlı şəxslə ailə qurub. Bəylə gəlin zala girərkən Azərbaycan himni səsləndirilib. Həmin an gəlin çiyninə Azərbaycan bayrağı atıb.

Şəhər restoranlarından birində baş tutan gecəyə Təranə sənət dostlarını da dəvət edib. Diqqət çəkən məqamlardan biri isə onun bir vaxtlar küsülü olduğu həmkarlarının əksəriyyətini məclisə çağırması olub. Belə ki, gecədə Əməkdar artist Nüşabə Ələsgərli, müğənnilər Manaf Ağayev, Mətanət Əsədova, Afət Fərmanqızı  yer alıblar.

T.Qumral adı keçən ifaçılarla qalmaqal yaşadığı həmkarı Nazəninə görə danışmırdı. Bir vaxtlar Nazəninlə dost olan Manaf Ağayev, Mətanət Əsədova və Afət Fərmanqızı Təranə ilə küsülü idi. Hazırda isə onlar Nazəninlə küsülüdür.

Qeyd edək ki, Firdovsi Məmmədov I Qarabağ müharibəsi zamanı 1991-ci il dekabrın 11-də Xankəndi ətrafında gedən döyüşlərdə başından yaralanaraq şəhid olub. Firdovsi Məmmədov Milli Ordunun ilk şəhididir.

Xatırladaq ki, Canka mediada oriental rəqqasə kimi tanınırdı.


Etiketlər:  Şəhid qohumunun toyuna küsülü olduğu müğənniləri çağırdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ