Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaxda 6 nəfər göbələkdən zəhərlənib

Qaxda 6 nəfər göbələkdən zəhərlənib

Tarix: 4 Noyabr 2021 11:20

Qaxda iki ailənin üzvləri göbələkdən zəhərlənib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, ötən gün axşam saatlarında rayonun Ləkit kənd sakinləri olan bir ailənin üzvləri - 1966-cı il təvəllüdlü Məlik Şıxamirov, onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Pəri Şıxamirova, ailənin gəlini, 1996-cı il təvəllüdlü İlhamə Şıxamirova və onun qızı, 2005-ci il təvəllüdlü Mehri Şıxamirova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Müayinə zamanı Şıxamirovlar ailəsinin göbələk yedikdən sonra zəhərləndiyi məlum olub.

Hazırda Şıxamirovlar ailəsinin müalicəsi xəstəxanada davam edir.

Bundan başqa Qax şəhər sakinləri olan Eldar Əfəndiyev və onun həyat yoldaşı Səyyarə Məmmədova da göbələk zəhərlənməsi ilə Qax RMX-a müraciət ediblər.

E. Əfəndiyevin vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb.
Həyat yoldaşı S. Məmmədovanın müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.


Etiketlər:  Qaxda nəfər göbələkdən zəhərlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ