Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə peyvənd olunmayan işçilər işdən çıxarılacaq

Bu ölkədə peyvənd olunmayan işçilər işdən çıxarılacaq

Tarix: 4 Noyabr 2021 22:00

Latviya parlamenti yekun oxunuşda COVID-19-un yayılmasına nəzarət haqqında qanuna düzəlişləri qəbul edib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, dəyişikliklərin lehinə 52 deputat, əleyhinə 27 deputat səs verib, 2 deputat bitərəf qalıb.

Düzəlişlər işəgötürənə peyvənd və ya xəstəliyi təsdiq edən arayış olmadan işçiləri işdən çıxarmaq hüququ verir.

Həmçinin işəgötürənin işçidən COVID-19 sertifikatı tələb etmək hüququ var. İşçi 10 iş günündən gec olmayaraq peyvənd olunmağa borcludur. Noyabrın 15-dək işçi peyvənd prosesinə başlamazsa və ya başa vurmazsa, o zaman işəgötürənin onu işdən çıxarmaq hüququ olacaq.

Bundan əlavə, işəgötürən, özəl sektorda çalışan işçinin işdən çıxarılması halında onun maaşını saxlaya bilər. Dövlət sektorunda bu seçim təmin edilmir.

Qanun layihəsi Latviya prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.


Etiketlər:  ölkədə peyvənd olunmayan işçilər işdən çıxarılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ