Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2021 09:36
Polşanın "Legiya" klubunda çıxış edən həmyerlimiz Mahir Emrelinin Avroliqa çərçivəsində "Napoli"yə qarşı oyundan öncə qeydə alınmış səs yazısı yayılıb.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, hücumçu bloqer Fuad İsgəndərovla söhbətində "Milan"da çıxış etmə şansını qiymətləndirir.
Həmsöhbətinin qarşıdakı oyunda onun qol vurması arzusunu isə Emreli tanrıya dua etməklə cavablandırır.
Qeyd edək ki, dünən baş tutan qarşılaşmada Mahir Varşava klubunun yeganə qoluna imza atıb. Lakin yekunda "Legiya" dörd qol buraxaraq darmadağın olub (1:4)