Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2021 18:54
İngiltərə Premyer Liqasının XI turunun mərkəzi oyununda Mançester derbisi baş tutub.
Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, "Mançester Yunayted" öz meydanında "Mançester Siti"ni qəbul edib.
"Old Trafford"dakı qarşılaşma erkən avtoqolla başlayıb. Erik Bayi 7-ci dəqiqədə meydan sahiblərini məyus edib. İlk yarının son dəqiqələrində Bernardu Silva qonaqların üstünlüyünü iki topa çatdırıb.
Bu qələbədə sonra xal hesabını 23-ə yüksəldən Pep Qvardiolanın yetirmələri 2-ci pillədə qərarlaşıb. "Şəhərlilər" "Çelsi"dən bir oyun çox keçirib və 2 xal geri qalır. 5-ci olan Ole-Qunnar Sulşerin komandası isə həmşəhərlilərindən 6 xal az toplayıb.
Qeyd edək ki, "Mançester Yunayted" ardıcıl 14-cü ev oyununda qol buraxıb.