Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evinizə qarışqa dolubsa bu üsulla yox edin

Evinizə qarışqa dolubsa bu üsulla yox edin

Tarix: 6 Noyabr 2021 22:14

Yaz fəslinin gəlməsi ilə əlaqədar torpağın isinməsi qarışqaların fəaliyyətini daha da artırıb. Qış uzunu torpağın altında qalan qarışqalar qida yığmaq üçün qida məhsulları olan yerlərə "hücum" edir. Belə yerlərin siyahısında ilk yeri mətbəx tutur. Qarışqaların ən çox mətbəxdə olma səbəbi isə onların digər canlılar kimi suya və qidaya ehtiyac duymalarıdır. Qidalanmaq üçün mətbəxə "hücum" edən qarışqalar əksər hallarda evlərə də doluşur və insanı narahat edən bir hal yaradır. Qarışqaları evdən uzaqlaşdırmadıqda isə onların sayı günü-gündən artıb çoxalır və onlar fürsət tapdıqları yerdə yuva qurub, bala artırırlar. Qarışqaların evdə yuva salması isə bir-neçə ay ərzində milyonlarla qarışqanın sizin evinizdə kök salması deməkdir.

Sizə qarışqaları evdən uzaq tutmağın bir-neçə yolunu demək istəyirəm.
Qarışqaları evdən uzaqlaşdırmaq üçün ilk növbədə onların evə haradan gəldiyini müəyyən etmək lazımdır. Mətbəxi təmiz saxalamaq və qida yığılan qabların ağzının sıx bağlanması oraya qarışqa girməsinin qarşısını alan ilk səbəbdir. Fikir vermisinizsə əgər qarışqalar bir yerə hücum çəkdikdə əskərlər kimi sıra ilə gedirlər. Bunun sirri qarışqaların bir-birinin iyi vasitəsilə digərini izləmək qabiliyytinə malik olmasındadır. Qarışqa sırasını izləməklə siz onların çıxış nöqtələrini tapa və oranı müxtəlif vasitələrlə (sement, selikon və s.)doldurmanız evinizə gələn qarışqaların sayını 50-60% azalda bilərsiniz.
Sirkə qoxusu qarışqaların sevmədiyi qoxular arasındadır. Sirkəni qarışqaların çoxluq təşkil etdiyi yerlərə az-az damcılatsanız, qarışqalar o bölgədə bir daha toplanmazlar.
Ya da sirkə ilə yerləri silin.
 Körpə uşaqlar üçün  isstifadə edilən kirşanıdır. Buna prisipkada deyilir. Qarışqaların iybilmə qabiliyyətini çaşdırır. Toz qoxusu səbəbindən qarışqalar yollarını tapa bilmir və yuvalarına qayıda bilmirlər. Bunun üçün uşaq kirşanını qarışqa yuvasının olduğu yerlərə və mətbəxin künclərinə səpin. 1 saatdan sonra qarışqalar yox olacaqdır.
Qarışqaları evdən uzaqlaşdırmaq üçün ilk növbədə onların evə haradan gəldiyini müəyyən etmək lazımdır. Mətbəxi təmiz saxalamaq və qida yığılan qabların ağzının sıx bağlanması oraya qarışqa girməsinin qarşısını alan ilk səbəbdir. Fikir vermisinizsə əgər qarışqalar bir yerə hücum çəkdikdə əskərlər kimi sıra ilə gedirlər. Bunun sirri qarışqaların bir-birinin iyi vasitəsilə digərini izləmək qabiliyytinə malik olmasındadır. Qarışqa sırasını izləməklə siz onların çıxış nöqtələrini tapa və oranı müxtəlif vasitələrlə (sement, selikon və s.)doldurmanız evinizə gələn qarışqaların sayını 50-60% azalda bilərsiniz.


Etiketlər:  Evinizə qarışqa dolubsa üsulla edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ