Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Artıq çəkinin təhlükəsi - hipertoniya, diabet, xərçəng...

Artıq çəkinin təhlükəsi - hipertoniya, diabet, xərçəng...

Tarix: 7 Noyabr 2021 19:15

Bir çox insanlar artıq çəkini yalnız kosmetik problem hesab edirlər.

Lakin bu belə deyil. Artıq çəki bir çox ciddi xəstəliklərin və pozulmaların əsas risk faktoru sayılır.

- Artıq çəkisi olan insanın ürəyi bədəni qanla təchiz etmək üçün daim yüklənmə ilə işləyir. Nəticədə ürək böyüyür, onun divarları qalınlaşır, ürəyin yığılması güclənir. Bütün bunlar hipertoniya xəstəliyinin inkişafına səbəb olur. Hipertoniya hiyləgər xəstəlikdir, bir çox hallarda simptomsuz keçir, xəstədə hətta baş ağrıları olmur. Bu səbəbdən bir çox insanlar özündə bu xəstəliyin olmasından xəbərsiz olur, həkimlərə müraciət etmir və lazım olan müalicə almır. Xəstəlik isə orqanizmdə öz dağıdıcı işini görür. Hipertoniya infarkt və insult kimi ağır pozulmaların əsas səbəbidir.

- Artıq çəki 2-ci tip şəkərli diabetin inkişafına səbəb ola bilər. Statistikaya əsasən, bu xəstəliyə tutulmuş insanların 80-90%-i piylənmədən əziyyət çəkir. Şəkərli diabet çox ağır və müxtəlif ağırlaşmalar verən xəstəlikdir.

- Tibdə sübut olunub ki, artıq çəkisi olan insanlarda bir çox xərçəng xəstəliklərinin riski artmış olur. İlk növbədə bu düz və yoğun bağırsaq, qadınlarda uşaqlıq və süd vəzilər xərçənginə aiddir.

- Artıq çəkisi olan insanlar xorultudan əziyyət çəkir. Xorultu isə yuxu zamanı nəfəsalmanın ani dayanmasına (apnoe) səbəb olur. Gecə ərzində bu dəfələrlə baş verə bilər. Nəticədə insanın orqanizmi kifayət qədər oksigen almır. Ən təhlükəsi isə odur ki, apnoe yuxu zamanı ölümə səbəb ola bilər.

- Artıq çəkisi olan insanlarda oynaqlara olan yükləmə artmış olur ki, bu da oynaq xəstəliklərinə səbəb ola bilər.

- Artıq çəkisi olan insanlarda piy qarının daxili qatında yığılır. Buna "visseral piy" deyilir. Bu piy çox təhlükəlidir. Piy qarın boşluğunda yerləşən orqanların ətrafında yığılır və onların fəaliyyətini pozur.

- Piy toxuması qadın hormonları hazırlamaq qabiliyyətinə malikdir. Piy nə qədər çoxdur, hormonlar da o qədər çoxdur. Nəticədə qadının hormonal fonu və menstrual funksiyası pozulur, sonsuzluq inkişaf edə bilər. Bəzən belə pozulmaları olan kök qadınlara həkimlər arıqlamağı tövsiyə edir. Arıqladıqdan sonra qadının menstrual funksiyası normallaşır.

- Artıq çəkisi olan insanların orqanizmində mübadilə prosesləri pozulur. Bu isə müxtəlif xəstəliklərin inkişafına səbəb olur.

- Artıq çəkisi olan insanda onurğa sütunu daha çox yükləmiş olur ki, bu da nəticədə bel ağrılarına, onurğa sütunu xəstəliklərinə gətirib çıxarda bilər.

- Artıq çəkisi olan insanlarda varikoz xəstəliyinə daha tez-tez rast gəlinir. Bu aşağı ətrafların damarlarının artıq yüklənməsi ilə bağlıdır.

Milli.Az


Etiketlər:  Artıq çəkinin təhlükəsi hipertoniya diabet xərçəng


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ