Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğlunu çempion görməyən şəhid - VİDEO

Oğlunu çempion görməyən şəhid - VİDEO

Tarix: 8 Noyabr 2021 17:54

Ən böyük arzusu idi oğlu İsmayılı gələcəkdə çempion görmək...Onunla fəxr edirdi, həm də güvənirdi ki, İsmayıl onu etimadını doğruldacaq....bəli doğruldacaq...çünki o bir qəhrəman oğlu oldu.. O səninlə qürur duyacaq əziz şəhidimiz Abbas Əliyev

Bəli qürur duyacağamız daha bir qəhrəmanımız haqqında danışacağıq. O qəhrəman ki, ana məni heç bir qüvvə torpaq uğrunda döyüşməkdən saxlaya bilməz.. Mən gedirəm, özünüzə yaxşı baxın ..Dedi və getdi...

Abbas Salam oğlu Əliyev 1988-ci il yanvarın 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində doğulub.

O, 1992-2003-cü illərdə 90 nömrəli tam orta məktəbdə təhsil alır.. Vətəninə,torpağına bağlı qəhrəmanımız gözünü açandan bu hisslərlə böyüyür.. Çünki atası Salam 1 ci Qarabağ döyüşlərində iştirak edərək, canı qanı ilə vuruşur... Ailənin yeganə oğul övladı olan Abbas həyatda ən çox sevdiyi doğmalarını, ailəsini torpağına görə qoyub, vətən üçün vuruşmağa getdi.

O, 2020 ci il vətən müharibəsi başlanan gündən könüllü olaraq ordu sıralarına qatılır.. Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşur.

Ailəsini, xüsusilə də oğluna bağlı olan şəhidimiz üçün vətən hərşeydən üstün oldu... Ömürdən pay olar, vətəndən pay olmaz deyərək cəbhəyə yollanır.

Əzizlərinin dilində əzbər bir sözə çevrilən Abbasla fəxr edirik, sözü oğlu İsmayılın dilində də çox təsirli səslənir...Ata səni çox sevirəm...

Müharibə başlasaydı gedib qisasımızı alardıq düşməndən, mən getməsəm bəs sizi kim qoruyacaq ana...

Oktyabrın əvvəli müharibədə iştirak etmək üçün könüllü ordu sıralarına yazılan Abbas, görürsünüz ən böyük arzuma çatdım.. Məni də çağırdılar, getməliyəm...

Axırıncı cümləsində özünüzə yaxşı baxın, Allaha əmanət olun,İsmayılı qoruyun deyən şəhidimiz noyabrın 2-si Xocavənd istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşur.

Qeyd edək ki, şəhidimiz Abbas Əliyev ölümündən sonra,Vətən uğrunda və Xocavəndin azad olunmasına görə medalı ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Oğlunu çempion görməyən şəhid VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ