Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2021 11:42
Rusiyada məşhur vəkil Artur Vorobyovun öz mənzilində intihar edib. Bundan əvvəl o, qohumunu yanına dəvət edib və iddiaya görə, qızdırması olduğundan həkim çağırmasını istəyib. Sonra vəkil həkimlərin gəlişindən əvvəl özünü qaydaya salması lazım olduğunu deyərək, qonağını qonşuya göndərib. Özü isə hamam otağında özünü silahla vurub.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, mərhum intihar məktubu qoyub.
"Bitdi, yoruldum, gedirəm. Vəsiyyətnaməmi çoxdan yazmışam. Seyfləri açıq qoyuram ki, heç kim sındırmasın", - deyə ölümqabağı məktubunda yazıb.
Qeyd edək ki, Vorobyov təkcə hüquqşünas deyil, həm də alim idi. 2008-ci ildə o, hüquq fəlsəfəsi, politologiya və hüquqşünaslığın müxtəlif sahələri baxımından vəkillik peşəsi fenomenini tədqiq etdiyi ""Yukos işi" - Rusiya hüquq peşəsinin güzgüsü kimi" kitabını nəşr edib.
Mərhum həmçinin Moskva Şəhər Vəkillər Kollegiyasının üzvü olub.