Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Alim müəllim icazə verdi, nişanlandılar”

“Alim müəllim icazə verdi, nişanlandılar”

Tarix: 10 Noyabr 2021 16:50

Xalq artisti Natiq Şirinov oğlu Ümidin Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə nişanlanmasından danışıb. 

Sonxeber.net Olay-a istinadən xəbər verir ki, məşhur nağara ifaçısı "Günün Sədası" proqramına qonaq olarkən gənclərin bir-birini sevərək nişanlandığını qeyd edib:

"Alim müəllimi salamlayıram. O, bütün dünyanın alimidir. Təşəkkür edirəm ki, bizi qırmadı. Balamız Fatiməni salamlayıram. Sözün düzü gözləmirdim ki, bu, olacaq. Sevinci bizimlə paylaşan hər kəsə təşəkkür edirik. Böyük sevgi ilə olan bir şeydir. İki gənc bir-birini sevirdi, Alim müəllim də icazə verdi, nişanlandılar. Bu gün biz varıq, sabah yoxuq. Nələrəsə görə bu iş baş tutmayıb. Ailə sevginin üzərində qurular".

Ümid Şirinov isə bir ilə yaxındır Fatiməni sevdiyini açıqlayıb: "Atama etirafım çətin oldu. Bizi birləşdirən musiqi oldu. Fatimə xanımdı oxuyur, səsi var. Musiqidən yaranan sevgi olub. Bir ilə yaxındır ki, münasibətimiz var". 

N. Şirinov isə toyun tezliklə baş tutacağını söyləyib. 


Etiketlər:  Alim müəllim icazə verdi nişanlandılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ