Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2021 19:12
"Camdaki kız"da Nalan obrazını canlandıran Burcu Biricik ekran işindən ayrılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisanın qəza keçirməsi səbəbindən bu addımı atdığı iddia edilirdi. O, instaqram hesabında video paylaşaraq yayılanları şayiə adlandırıb:
"Çox şükür qəza keçirməmişəm. Çox yaxşıyam. Həmçinin, "Camdaki kız" serialından da ayrılmıram".
Qeyd edək ki, reytinqlərdə ilk sırada yer alan ekran işində Feyyaz Şerifoğlu, Nur Sürer, Hamza Yazıcı, Hande Ataizi kimi məşhur aktyorlar rol alır.