Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tarix yazan şəhidlər - VİDEO

Tarix yazan şəhidlər - VİDEO

Tarix: 11 Noyabr 2021 16:56

Ağcabədi rayonu Hüsülü kəndində şəhidlər abidəsinin açılışı olub.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, torpaqların bütövlüyü uğrunda canından keçən 6 şəhidin xatirəsinə ucaldılan abidə kompleksinin açılışında Ağcabədi rayon rəhbərliyi, şəhidlərin ailə üzvləri, qazilər, döyüş yoldaşları ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Abidə kompleksində 1-ci və 2-ci Qarabağ döyüşlərində şəhid olan Hüsülü kənd sakinlərinin fotoları və onlar barədə məlumatlar əks olunub.

Məlumat üçün bildirək ki, şəhidlər abidəsində Hüsülü kəndindən olan 6 şəhiddən 5-i Birinci Qarabağ döyüşlərində, şəhid Fəryad Xəlilov isə Vətən müharibəsində şəhid olub.

Qeyd edək ki, sözügedən abidə kompleksi Vətən müharibəsi iştirakçısı, qazi İsmayıl Məhərrəmovun fərdi vəsaiti hesabına inşa edilib.

Milli.Az


Etiketlər:  Tarix yazan şəhidlər VİDEO


RƏYLƏR