Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2021 19:20
Baş rolunu Gökçe Bahadırın canlandırdığı "Kulüp" serialı ilə bağlı maraqlı detallar ortaya çıxıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sözügedən ekran işinin öncə aktrisa Beren Saata təklif edildiyi məlum olub. Aktrisa rolu bəyənmədiyi və zəif hesab etməsi səbəbindən rədd edib.
Onun "Kazinoda ütü edən şəxsimi oynayacağam? Mənə daha üstün rollara yaraşar" dediyi bildirilib.
Qeyd edək ki, serial hazırda "Netflix"də ən çox izlənilənlər arasında yer alır. Gökçe ekran işinin baş rollarını Salih Bademci ilə bölüşür.