Tarix: 25 Avqust 2019 18:44
İngiltərə Premyer Liqasının 3-cü turunda “Çelsi”yə qarşı oyun “Norviç Siti”nin hücumçusu Teemu Pukki üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, finlandiyalı hücumçu London təmsilçisinə 2:3 hesabıyla uduzduqları oyunda vurduğu qol onun bu mövsümdə rəqib qapılarından keçirdiyi 5-ci topdur. O, bu göstərici ilə Premyer Liqanın rekordunu təkrarlayıb.
Pukkidən öncə ilk üç turda 5 qol vurmağı bacaran yeganə futbolçu Rusiya yığmasının sabiq hücumçusu Pavel Poqrebnyak idi. O, 2012/13 mövsümündə “Fulhem”də çıxış edərkən bu rekorda imza atıb.