Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2021 05:35
Türkiyəli müğənni Mustafa Ceceli həyat yoldaşı Selin İmerlə Aslıhan Doğan Turanın "YouTube"da yayımlanan verilişində qonaq olub.
Milli.az axşam.az-a istinadən xəbər verir ki, cütlük aralarında mübahisə yaşandıqda göstərdikləri münasibətdən danışıb.
Selin İmer "Evdə mübahisə olan kimi Mustafa ya studiyaya, ya da yatmağa gedir" söyləyib.
Mustafa isə "Mən birdən coşuram, Selin məni yavaşladır. Bəzən də gülməyi gəlir. Ağız dadı ilə dalaşa bilmirik, bu da sinirlərimi pozur" deyə, davam edib.