Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Türkiyədən yeni PUA-lar alacaq

Ukrayna Türkiyədən yeni PUA-lar alacaq

Tarix: 13 Noyabr 2021 08:44

Ukrayna Türkiyədən daha bir partiya "Bayraktar" pilotsuz uçuş aparatı alacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov Donbasa səfərindən sonra deyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından daha əvvəl bildirilmişdi ki, Ukrayna hərbçiləri Donbasda ilk dəfə olaraq "Bayraktar" PUA-larından istifadə ediblər. Aleksey Reznikovun sözlərinə görə isə, bu PUA-lardan istifadə heç bir razılaşmanı pozmur, çünki "Bayraktar" xarici pilotsuz təyyarə deyil. Üstəlik, yeni "Bayraktar"ların mühərrikləri Ukrayna istehsalı olacaq.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukraynanın Donbasda "Bayraktar"dan istifadəsini çox təhlükəli oyun adlandırmışdı. O bildirmişdi ki, rəsmi Kiyev bunun nəticələrini təsəvvür belə edə bilməz. Minsk razılaşmalarına əsasən, ATƏT missiyasının PUA-ları istisna olmaqla, Donbasda dronların istifadəsi qadağandır.

Reznikov buna cavab olaraq qeyd edib ki, "Bayraktar"lardan istifadə yolu ilə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz müstəqilliklərini müdafiə etməlidirlər.

Milli.Az


Etiketlər:  Ukrayna Türkiyədən yeni alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ