Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakim Britni Spirslə bağlı qərar verdi

Hakim Britni Spirslə bağlı qərar verdi

Tarix: 13 Noyabr 2021 14:55

Hakim müğənni Britni Spirsin atası Ceymi Spirslə bağlı son qərarı verib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı atasının qəyyumluğundan xilas olub. Britni 13 ildən sonra azad yaşayacaq.

Müvəqqəti olaraq mühasib Con Zeybl vəzifəsini icra etməyə davam edəcək. Bildirilib ki, bu qərarın verilməsinə səbəb Britninin pullarının idarəsini və bəzi sənədləri rəsmiləşdirmə işlərinin bitirilməsidir.

Bundan əvvəl Spirsin pərəstişkarları əllərində "Britniyə azadlıq" yazıları yer alan plakatlarla məhkəmə önünə yığışıblar.

Hakimin qərarından bir neçə dəqiqə sonra müğənninin atasının ərə getməyə icazə vermədiyi sevgilisi instaqramda paylaşım edib. O, "Azadlıq" qısa şərhini yazıb.


Etiketlər:  Hakim Britni Spirslə bağlı qərar verdi


RƏYLƏR