Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2021 11:34
2 doza "Sinovac" peyvəndi vurduranlar hazırda peyvənd olunmamış hesab edilir.
Sonxeber.net Unikal.org-a istinadən xəbər verir ki, bu barədə türkiyəli mütəxəssislər çağırış edib.
"Siz qorunmursunuz. Gedin təcili peyvənd olunun", - deyə xəbərdarlıq edilib.
Bildirilib ki, insanda koronavirus əleyhinə 70-80 % immunited yaratmaq üçün 2 doza "Sinovac" peyvəndi yetərsiz qəbul olunur.
İstanbul Universiteti Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının müdiri Prof. Dr. Haluk Eraksoyun sözlərinə görə, 2 doza "Sinovac" vaksini vurduranlar peyvənd olunduqlarına inanmamalıdır:
"İkinci peyvənddən ən azı 3 ay sonra immunitet azalmağa başlayır. Buna görə də 3-6 ay ərzində peyvənd edilməlidirlər. 3-cü doza peyvənd olunmayanlar vaksin vurdurmuş hesab edilmir, onlar qorunmurlar".