Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yevlaxda itkin düşmüş tələbə tapılıb

Yevlaxda itkin düşmüş tələbə tapılıb

Tarix: 14 Noyabr 2021 13:46

Yevlaxda itkin düşmüş tələbə tapılıb.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat verib.

E.Hacıyev bildirib ki, rayonun Ərəş kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, birinci kurs tələbəsi ailəsinə təhvil verilib.

Müəyyən olunub ki, o könüllü olaraq, ailəsini məlumatlandırmadan yaşadığı ünvanı tərk edib.

Qurum rəsmisi qeyd edib ki, qıza qarşı zorakılıq, yaxud digər cinayətkar qəsd olmayıb.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin Şəki filialının I kurs tələbəsi olan yetkinlik yaşına çatmamış qız noyabrın 12-də itkin düşmüşdü.

Milli.Az


Etiketlər:  Yevlaxda itkin düşmüş tələbə tapılıb


RƏYLƏR