Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2021 23:40
Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergiödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minib).
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövcud qanunvericilik müəyyən fəaliyyət növlərindən və əməliyyatlardan əldə olunan gəlirləri vergidən azad edir. Bununla belə, həmin fəaliyyət növü ilə məşğul olan şəxslər də gəlir və xərclərinin uçotunu aparmalı və vergi orqanına bəyannamə təqdim etməlidirlər. Yəni vergidən azadolma vergiödəyicilərini digər öhdəliklərindən - bəyannamə verməkdən, uçot aparmaqdan azad etmir.