Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərə 10 qolla mundialda, İsveçrə İtaliyanı pley-offa göndərdi

İngiltərə 10 qolla mundialda, İsveçrə İtaliyanı  pley-offa göndərdi

Tarix: 16 Noyabr 2021 07:16

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin daha üç qrupunda mübarizəyə yekun vurulub.

C, F və İ qruplarında son turun oyunları keçirilib.

Danimarka ilə Şotlandiyanın müvafiq olaraq birinci və ikinci yeri öncədən təmin etdiyi F qrupu ilə yanaşı, digər iki qrupda da ilk iki yerin taleyinə aydınlıq gəlib.

C qrupunda gərginlik son ana qədər davam edib. Avropa çempionu İtaliya gözlənilmədən səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyib. Belfastdakı qarşılaşmada qol vurulmayıb. "Skuadra Adzurra"nın büdrəməsindən məharətlə yararlanan İsveçrə doğma arenasında Bolqarıstanı 4:0 hesabı ilə üstələyib. Nəticədə İsveçrənin 18 xalla qrup birincisi kimi dünya çempionatına yollanacağı dəqiqləşib. Qrupu 16 xalla tamamlayan İtaliya bəxtini pley-offda sınayacaq.

İ qrupunda isə sensasiya olmayıb. Səfərdə autsayder San Marinonu 10 cavabsız qolla üstələyən İngiltərə aktivindəki xalların sayını 26-ya yüksəldib və mundiala birbaşa vəsiqə əldə edib. Öz meydanında Macarıstana uduzan Polşa (1:2) ikinci yerlə pley-offda iştirak hüququ qazanıb.

Qeyd edək ki, meydan sahibi Qətərin birbaşa vəsiqə qazandığı mundialda oynamaq hüququnu daha öncə Avropadan Danimarka, Almaniya, Fransa, Xorvatiya, Belçika, Serbiya və İspaniya, Cənubi Amerikadan Braziliya yığmaları qazanıb. Pley-offa Şotlandiya, Avstriya, Rusiya, Uels, Çexiya və Şimali Makedoniya vəsiqə əldə edib.

Noyabrın 16-da D, E və G qruplarında keçiriləcək son matçlarla DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulacaq.

DÇ-2022, seçmə mərhələ
10-cu tur
15 noyabr

C qrupu

23:45. Şimali İrlandiya - İtaliya - 0:0

23:45. İsveçrə - Bolqarıstan - 4:0
Qollar: Noa Okafor, 48, Ruben Varqas, 57, Sedrik İtten, 72, Remo Froyler, 90+1

Xal durumu: İsveçrə - 18, İtaliya 16, Şimali İrlandiya - 9, Bolqarıstan - 8, Litva - 3

F qrupu

23:45. İsrail - Farer adaları - 3:2
Qollar:
 Munes Dabbur, 30 -pen, Şon Vaysman, 58, Dor Perets, 74 - Sölvi Vatnhamar, 62, Klemint Olsen, 72

23:45. Şotlandiya - Danimarka - 2:0
Qollar:
 Harri Suttar, 35, Çe Adams, 86

23:45. Avstriya - Moldova - 4:1
Qollar:
 Marko Arnautoviç, 4; 55, Kristofer Trimmel, 22, Deyan Lyubiçiç, 83 - İon Nikolaesku, 60

Xal durumu: Danimarka - 27, Şotlandiya - 23, İsrail - 16, Avstriya - 16, Farer adaları - 4, Moldova - 1

I qrupu

23:45. San Marino - İngiltərə - 0:10
Qollar: 
Harri Maquayr, 6, Filippo Fabbri, 15 (avtoqol), Harri Keyn, 27 (pen.); 32; 39 (pen.); 42, İmil Smit-Rou, 58, Tayron Minqz, 69, Temmi Abraham, 78, Bukayo Saka, 79
Qırmızı vərəqə: Dante Rossi, 68 (San Marino)

23:45. Albaniya - Andorra - 1:0
Qol
: Endri Çekiçi, 73-pen

23:45. Polşa - Macarıstan - 1:2
Qollar: 
Karol Sviderski, 61 - Andraş Şefer, 37, Daniel Qazdaq, 80

Xal durumu: İngiltərə - 26, Polşa - 20, Albaniya - 18, Macarıstan - 17, Andorra - 6, San Marino - 0.

Qeyd edək ki, daha əvvəl  Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.


Etiketlər:  İngiltərə qolla mundialda İsveçrə İtaliyanı pley offa göndərdi


RƏYLƏR