Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aktrisa atasının cənazəsinə gəlmədi

Aktrisa atasının cənazəsinə gəlmədi

Tarix: 16 Noyabr 2021 13:05

Keçmiş aktrisa və model Aysun Kayacının bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən atası Selahattin Kayacı dünyasını dəyişib.

Milli.Az Olay-a istinadən xəbər verir ki, o, atasının dəfn mərasiminə gəlməyib.

Bir qonşusu "Qızını çox sevirdi. Lakin mən onu heç görmədim",-deyə Aysunun cənazəyə qatılmamasına münasibət bildirib.

Qeyd edək ki, Aysun Kayacı izləyicilərə "Doktorlar" serialından tanışdır. O, uzun müddət əvvəl Efe Kapancı ilə evlənərək Londona köçüb. Sənətçi atası ilə küsülü idi. 

Milli.Az


Etiketlər:  Aktrisa atasının cənazəsinə gəlmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ