Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 17:32
Birinci Qarabağ döyüşlərində yaralanaraq qazi olan bir atanın oğlu idi Zöhrab. Ailəsində vətən ,torpaq sevgisi ilə böyümüşdü. Hər çətinliyi görən, hər çətinliyə dözən qəhrəmanımız müharibə başlayanda irəli atılaraq, yollanır Qarabağa. Suqovuşanda vuruşur və şəhadətə yüksəlir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, 12-13 yaşlarından əziyyətin nə olduğunu bilirdi Zöhrab Allahverdiyev. Məktəbdən gələndən sonra işləyir, ailəsinə dəstək olur, atası ilə birgə evi dolandırırdı. Əsgərlik yaşı çatanda isə geri çəkilmədən mərdi-mərdanə, ləyaqətlə bu borcunu da ödəyir. Vətənin dar günündə də geri çəkilmir bu oğul, müharibənin ilk günlərdən yollanır birbaşa döyüş bölgəsinə...
Birinci Qarabağ müharibəsində döyüşərək yaralanan qazi atanın yeganə oğlu olub Zöhrab. Uşaqlıqdan Qarabağ sevgisi ilə böyüyən bu oğul, müharibənin başladığı ilk günlərdən döyüşlərə qatılmağı özünə borc bilir.
Bu gün şəhid Zöhrabın Şamaxı Şəhidlər Xiyabanında yerləşən məzarı ilə yanaşı, 3 rəngli bayrağımıza bürünən otağı, yatağı da məktəblilər, Şamaxı camaatı üçün hər zaman ziyarət etdikləri bir muzey, and yeridir.
2001-ci ilsentyabrın 28-də Şamaxı şəhərində anadan olan Zöhrab, 2007-2018-ci illərdə Veyisov adına 6 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhadətə yüksələn qəhrəmanımız ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.