Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yeniyetmə qızın əməlləri görənləri dəhşətə gətirir - Taksi sürücüləri ilə... - VİDEO

Bakıda yeniyetmə qızın əməlləri görənləri dəhşətə gətirir - Taksi sürücüləri ilə... - VİDEO

Tarix: 17 Noyabr 2021 09:22

Bakı yeniyetmə qızın əməli eşidənləri dəhşətə gətirir.

Milli.Az xəbər verir ki, videoda görünən bu qız şəhərin müxtəlif yerindən taksilərə yaxınlaşır və sürücüyə onu dediyi ünvana çatdırmasını istəyir. O, taksi sürücüsünə 2-3 ünvana gedəcəyini deyir, sonra maşını 9-cu mkr-da "Tərlan" şadlıq sarayının yaxınlığında yereləşən "Favorit" yaşayış kompleksinin dayanacağına sürdürür və gözləməsini istəyir. Sürücünün pulunu ödəməmiş deyir ki, "məndə pul kartdadır" və bu kimi müxtəlif bəhanələrlə taksilərdən 20-30 manat alıb evə verib, gələcəyini bildirir. Beləcə, "qaraj"dan liftə daxil olur, bir müddət liftlə aşağı-yuxarı qalxıb, düşür və vaxt qazanır, sonra da binanın qabaq çıxışından çıxıb gedir.

Bu kadrlar binanın təhlükəsizlik kameralarına əks olunub. Həmin ərazidəkilərin dediklərinə görə, bu qız həftədə 5-6 dəfə fərqli taksi sürücüsü ilə bu əraziyə gəlir. 

Məhəmməd Vaqif
Milli.Az


Etiketlər:  Bakıda yeniyetmə qızın əməlləri görənləri dəhşətə gətirir Taksi sürücüləri ilə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ