Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2021 12:12
Həftəsonu Hindistanın cənubundakı Kerala əyalətində yaşanan toy qeyri-adiliyi ilə seçilib. Engels adlı bəyin toy mərasimini izləmək üçün qonaq qismində Marks, Lenin və Xo Şi Min də qatılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "The Guardian" yerli KİV-ə istinadən yazıb. Bəy və qonaqlar hamısı yerli Kommunist Partiyasının üzvləridir. Engels və Lenin qardaşdır, Marks və Min isə yerli partiya fəalının oğullarıdır. Gəlinin adı isə açıqlanmayıb. Kommunist Partiyasının son altı onillikdə hökm sürdüyü Keralada Stalin və Trotski kimi inqilabçı adlar hələ də məşhurdur. Həmçinin ştatda Pravda adını daşıyanlara da rast gəlmək olar.
Maraqlıdır ki, 2017-ci ildə İraqın edam edilmiş prezidentinin adaşı olan hindistanlı dəniz mühəndisi Səddam Hüseyn 40 dəfə iş bürosuna müraciət etsə də, onu işlə təmin etməmişdilər. Sonda adını dəyişdikdən sonra arzusuna çatıb.
Anar Əli